Röya – Hərə Öz Sevdiyini Çağırsın
Sevib sevilmək ən ali duyğu,gözəl dəyərdir.
Sızıldayan ürəyimin sarı simi,muğamın zilidir.
Ürəyim döyünür eşq həsrətindən,məlahətindən,
Mətanətindən,səadətindən,ülviyyətindən.
Hərə öz sevdiyini çağırsın,sevərək yaşatsın.
Adını da ürəyinə yazsın,əbədi qalsın.
Hərə öz sevdiyini çağırsın,sevərək yaşatsın,
Arzuya çatsın
Adını da ürəyinə yazsın,əbədi qalsın.
Gözəl gözündən süzülən yaşlar sevincdən olsun.
Baxışlarında gülən gülüşlər mənimlə olsun.
Bugün sevgilim nə gözəlsən sən,nəzər dəyməsin.
Məni eşit sən,mənimsən artıq şükürlər olsun.
Hərə öz sevdiyini çağırsın,sevərək yaşatsın.
Adını da ürəyinə yazsın,əbədi qalsın.
Mənim sevimli yarım,sənə qurbandır bu canım.
Sarıl boynuma sarıl,gəl özün mənə sarı.
Hərə öz sevdiyini çağırsın,sevərək yaşatsın.
Adını da ürəyinə yazsın,əbədi qalsın.
Hərə öz sevdiyini çağırsın,sevərək yaşatsın,
Arzuya çatsın
Adını da ürəyinə yazsın,əbədi qalsın.